...

3041 ədəd qanunsuz balıq toru aşkar edilib (FOTO)

Hadisə Materials 24 Sentyabr 2022 12:02 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasına qanunsuz yollarla gətirilmiş, o cümlədən mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) əşyaların aşkar edilməsi istiqamətində kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri davam etdirilir.

Komitədən Trend-ə verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb.

Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti