Bakı. Trend:
Ucar rayonunun Təzə Şilyan kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.