Bakı. Trend:
Yanvarın 6-sı Naxcıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış,
Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.