...

Masallı sakinlərindən külli miqdarda heroin aşkarlanıb

Hadisə Materials 13 Yanvar 2023 19:09 (UTC +04:00)
Masallı sakinlərindən külli miqdarda heroin aşkarlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Əkbərli saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ş.Əkbərlinin həmin narkotik vasitəni Masallı şəhər sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş F.Kərimovdan əldə etdiyi müəyyən edilib. Sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdar çəkidə heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti