Bakı. Trend:
İtkin düşən 29 yaşlı oğlan axtarılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Onun yaddaş pozğunluğu olması ehtimal edilir.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.