...

Bakıda qadın sürücü qəza törətdi, bir nəfər öldü

Hadisə Materials 4 Fevral 2023 10:12 (UTC +04:00)
Bakıda qadın sürücü qəza törətdi, bir nəfər öldü

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən ağır qəza baş verib.

Trend-in əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Gülnarə Eynullayevanın idarə etdiyi avtomobillə idarəetməni itirib və əks yola çıxıb. Bu zaman isə Bakı şəhər sakini Səid Qurbanovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə Səid Qurbanov hadisə yerində ölüb.

Gülnarə Eynullayevanın idarə etdiyi avtomobildə olan 22 yaşlı Nicat Bağırov və 41 yaşlı Səbuhi Abbasov müxtəlif bədən xəasrətləri alıb.

Yaralılar Sabunçu tibb mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti