...

İmişlidə zəlzələ olub

Hadisə Materials 22 Fevral 2023 08:30 (UTC +04:00)
İmişlidə zəlzələ olub

Bakı. Trend:

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti