...

Yevlaxda 4 yeniyetmə itkin düşüb (FOTO)

Hadisə Materials 20 Mart 2023 17:49 (UTC +04:00)
Yevlaxda 4 yeniyetmə itkin düşüb (FOTO)

Bakı. Trend:

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 – Zəng Mərkəzi"nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti