...

Bakı sakini bibisi oğlunu bıçaqladı

Hadisə Materials 26 Mart 2023 13:25 (UTC +04:00)
Bakı sakini bibisi oğlunu bıçaqladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Suraxanı RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və Hacıyev Yalçın Yaşar oğlu şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti