...

Tərtərdə 43 yaşlı kişi minaya düşüb

Hadisə Materials 18 Aprel 2023 17:54 (UTC +04:00)
Tərtərdə 43 yaşlı kişi minaya düşüb

Bakı. Trend:

Tərtər rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2023-cü il 18 aprel tarixində Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Partlayış nəticəsində 1980-cu il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti