Bakı. Trend:
Bərdə rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aysu Çərkəzlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Abdulla Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. A.Çərkəzli həyat yoldaşı, 28 yaşlı Nurlan Çərkəzlinin boyun nahiyəsindən bıçaqla xəsarətlər yetirib, N.Çərkəzli qanaxmadan vəfat edib. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Cütlüyün üç azyaşlı övladı olub.