...

Cəbrayılda selə düşən Türkiyə vətəndaşı xilas edilib (FOTO/VİDEO)

Hadisə Materials 20 İyun 2023 09:19 (UTC +04:00)
Cəbrayılda selə düşən Türkiyə vətəndaşı xilas edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Cəbrayılda selə düşən Türkiyə vətəndaşı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.

Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti