Bakı.Trend:
Bakıda 500 manat dəyərində dondurma oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.