...

Şəkidə sərxoş kişi sirkə turşusu içib öldü

Hadisə Materials 19 Avqust 2023 11:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.

Trend xəbər verir ki, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

O, evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti