...

Maştağa sakinindən “Makarov” markalı tapança aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 13 Sentyabr 2023 12:08 (UTC +04:00)
Maştağa sakinindən  “Makarov” markalı tapança aşkar edilib (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti