...

Cəlilabadda birmərtəbəli ev yanıb

Hadisə Materials 1 Oktyabr 2023 20:38 (UTC +04:00)
Cəlilabadda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Komanlı kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti