...

Azərbaycanda baş verən qida zəhərlənmələrinin sayı açıqlandı

Hadisə Materials 18 Oktyabr 2023 10:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin 9 ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində agentliyə qida zəhərlənmələri ilə bağlı 586 müraciət daxil olub.

Təsdiqini tapmış zəhərlənmə faktlarının sayı 106 olub.

Eyni zamanda qida zəhərlənməsilə əlaqədar 869 nəöfər qeydiyyata alınıb, təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkəmnlərin sayı 216 nəfər təşkil edib.

Zəhərlənmədən ölən 1 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti