...

Binəqədidə qətl törədən şəxs saxlanılıb

Hadisə Materials 13 Noyabr 2023 23:42 (UTC +04:00)
Binəqədidə qətl törədən şəxs saxlanılıb

Bakı. Trend:

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti