...

Binəqədi rayonunda obyektdəki yanğın tam söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 23 Noyabr 2023 21:21 (UTC +04:00)
Binəqədi rayonunda obyektdəki yanğın tam söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

Trend xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

XXX

20:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

xxx

20:20

Binəqədi rayonunda metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında ticarət obyekti yanır.

Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti