Bakı. Trend:
Bakıda maşından oğurluq edilib.
DİN-dən Trend-ə verilən
xəbərə görə, noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində
“Volkswagen” markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar
şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini
Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.