Bakı. Trend:
Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub. Göstərilən müdaxilələrə baxmayaraq qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.