...

Cəbrayılda ağır qəza - Ölənlər və yaralananlar var (FOTO)

Hadisə Materials 9 Mart 2024 16:39 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend xəbər verir ki, yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərov ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti