...

Cəlilabadda evdə yanğın olub

Hadisə Materials 9 Mart 2024 18:39 (UTC +04:00)
Cəlilabadda evdə yanğın olub

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti