...

Sumqayıtda ana və atasını öldürən şəxs saxlanılıb

Hadisə Materials 19 Aprel 2024 03:21 (UTC +04:00)
Sumqayıtda ana və atasını öldürən şəxs saxlanılıb

Bakı. Trend:

Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti