...

Gəncədə odlu silahlar satan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 12 İyun 2024 08:14 (UTC +04:00)
Gəncədə odlu silahlar satan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci ildə anadan olmuş Azər Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb. Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti