...

Bakıda 18 yaşlı gənc qətlə yetirildi

Hadisə Materials 15 İyun 2024 08:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 18 yaşlı gənc qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Xəbər lenti