...

Cəlilabadda birmərtəbəli ev yanıb

Hadisə Materials 21 İyul 2024 20:44 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Fətullaqışlaq kəndində ümumi sahəsi 36 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti