...

Bakıda kafedə qumarxana təşkil edənlər saxlanıldı

Hadisə Materials 1 Mart 2025 10:52 (UTC +04:00)
Bakıda kafedə qumarxana təşkil edənlər saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti