Bakı. Trend:
Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Məmmədov Qabil Əmrah oğlunu, Sadıqlı Tural Əlövsət oğlunu, Hacıyev İlqar Allaz oğlunu, Mirzəli Məhəmməd Fazil oğlunu, Məmmədov Qurban Cəlal oğlunu, Məmmədov Elşad Tofiq oğlunu İstintaq İdarəsinə çağırıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqdan "İTV"yə məlumat verilib.
Məlumata əsasən, adı çəkilən şəxslərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Qabil Məmmədov Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir. Belə ki, o 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarında işə düzəldəcəyi və onlara pensiya və sosial müavinət verilməsini təmin etmək adı ilə 10 nəfər aldadıb və onlardan ümumlikdə 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib, həmçinin qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə müxtəlif valyutalarda 10 min manat pul vəsaitini birbaşa və dolayı yolla “WhatsApp” proqramı üzərindən Azərbaycan Respublikasında olan şəxslərə terrorçuluq məqsədilə göndərməklə terrorçuluğu maliyyələşdirməkdə və bir sıra digər cinayət əməllərində ittiham edilir.
Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir. Tural Sadıqlının 2016-cı ildə Almaniyada yaşayan Azərbaycan vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib. O həmçinin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib.
İlqar Hacıyevin 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. O istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar etməsinə əsaslı şübhələr var. O istintaqdan qaçıb gizləndiyi üçün 2 iyun 2018-ci il verilən qərar ilə barəsində axtarış elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qurban Məmmədov 2019-cu ildə sosial şəbəkələrdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışılar etməkdə ittiham edilir.
Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, bu cür məzmunlu materialların internet resurslarında yayılmas