...

SENTYABRIN 20-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 21 Sentyabr 2005 14:21 (UTC +04:00)

Sentyabrın 20-də daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 15 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb, nəticədə 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti