...

SENTYABRIN 25-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 26 Sentyabr 2005 14:23 (UTC +04:00)

Sentyabrın 25-də daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 19 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 54 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti