...

Yanvarın 26-na olan kriminal xronika

Hadisə Materials 27 Yanvar 2006 16:10 (UTC +04:00)

Yanvarın 26-da daxili işlər orqanları tərəfindən 13 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti