...

Ötən sutka Azərbaycanda 8 yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 29 Dekabr 2006 16:31 (UTC +04:00)

Ötən sutka ərzində Azərbaycan ərazisində 8 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər yaralanıb. Bu barədə Trend ə Baş Yol İdarəsi Polisinin əməkdaşı Kamran Əliyev bildirib.

O qeyd edib ki, bu hadisələrdən 4-ü Bakıda qeydə alınıb, 7 nəfər yaralanıb.

Bakıda hava şəraitinin kəskin şəkildə pisləşməsinə toxunaraq K.Əliyev qəzanın çox guman ki, hava ilə bağlı olmasını bildirib. Onun sözlərinə görə, saat 22.45-də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına prospektində yol-nəqdliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb. Hazırda qəza ilə bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti