...

Əmircan qəsəbəsində baş verən yanğın iki uşağın ölümünə səbəb olub

Hadisə Materials 30 Yanvar 2007 12:05 (UTC +04:00)

Yanvarın 30- u saat 04:05 dəqiqədə Suraxanı rayonu, Əmircan qəsəbəsi Q. Quliyev küçəsi, 24 saylı evdə yanğın baş verib. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində işsiz, 1978-ci il təvəllüdlü Xasmadov Nail Xaris oğluna məxsus, ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli, 1 otaqlı ev yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin uşaqları - 1999-cu il təvəllüdlü Atamanova Elnarə Nail qızının və 2006-cı il təvəllüdlü Atamanov Rauf Nail oğlunun meyidləri aşkar olunub. Hadisə zamanı 54 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin yanğınsöndürəni, 1968 - ci il təvəllüdlü Şıxməmmədov Etiram Kamal oğlu xəsarət alaraq Sabunçu rayon 3 saylı Şəhər xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yanğın saat 04:35 dəqiqədə yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti