...

"Dönüş" MTK şirkətinin inşa etdiyi binada partlayış baş verib

Hadisə Materials 30 Yanvar 2007 14:58 (UTC +04:00)

Yanvarın 30-da saat 10:21 - də "Dönüş" MTK şirkətinin Yasamal rayonu V. Ağayev küçəsi 115 - də inşa etdiyi 16 mərtəbəli binanın 2-ci mərtəbəsində partlayış baş verib. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Partlayışa səbəb qaz sızması olub.

Nəticədə 2 - ci mərtəbənin aynəbəndi 4 kv.m. sahədə uçub, asma tavan 200 kv.m. sahədə deformasiyaya uğrayıb, qapı - pəncərə şüşələri və 1 - ci mərtəbədə pəncərə şüşələri 40 kv.m. sahədə sınıb.

Hadisə zamanı tikintidə fəhlə işləyən, 1977 - ci il təvəllüdlü Həşimov Qurban Maksud oğlu yanıq xəsarəti alaraq Yanıq mərkəzinə aparlıb. Faktla əlaqədar təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti