...

Azərbaycan Silahlı Qüvvələrinin iki əsgəri minaya düşərək həlak olub

Hadisə Materials 27 Mart 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Naxçıvan Muxtar Respublikası ərazisindəki N saylı hərbi hissənin 2 əsgəri minaya düşərək həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, əsgərlər İsmayıllı rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Mahir Hacıyev (1987) və Əzizbəyov rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Mübariz Kamilov (1987) aldığı xəsarətlərdən hadisə yerində keçiniblər.

Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti