...

Sumqayıtda naməlum şəxslər polis avtomobilinə atəş açıb

Hadisə Materials 29 Mart 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Dünən axşam saat 22:40 radələrində Sumqayıt Şəhər Polis İdarəsinə məxsus avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumatda bildirilir ki, şəhərin 41-ci A məhəlləsi ərazisində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Qalib Tanrıverdiyevin idarə etdiyi xidməti "Tofaş" avtomobilinə atəş açılıb. Polis əməkdaşı avtomobilin sınmış pəncərə şüşələrindən yüngül bədən xəsarəti alıb, avtomobilə qismən ziyan dəyib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə sui-qəsd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Hadisənin 2 nəfər şəxs tərəfindən törədildiyi ehtimal olunur. Hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi və tutulması üçün Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti