...

Yaltada kafedə partlayış nəticəsində 15 azərbaycanlı xəsarət alıb

Hadisə Materials 2 Aprel 2007 16:44 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bazar günü Yalta bazarlarının birində "Dinamo" kafesində baş vermiş partlayış nəticəsində 15 azərbaycanlı xəsarət alıb. Bu barədə bazar ertəsi günü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

O, qeyd edib ki, ümumilikdə 20 insan yaralanıb. Xəsarət alanların üçünün vəziyyəti ağırdır və onlar reanimasiyadadır. Onlardan biri bədəninin 40 faizi yanmış qadındır. Digər xəsarət alanlar normal vəziyyətdədir və 2-3 gündən sonra xəstəxanadan evə yazılacaq.

Səfir qeyd edib ki, bu insanlar nahar etmək üçün kafeyə gəlib. Yanğın kafe işçilərinin səhlənkarlığı səbəbindən baş verib. Kafe işçiləri qaz plitəsinə qoşulmuş qaz balonunda qaz sızmasının olmasına diqqət verməyib. Bunun da nəticəsində partlayış baş verib və yanğın başlayıb.

Əliyev bildirib ki, xəsarət alanlardan yalnız biri qadındır. Uşaq yoxdur.

Xəbər lenti

Xəbər lenti