...

Sumqayıtda Ticarət Mərkəzində yanğın baş verib

Hadisə Materials 13 Aprel 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sumqayıt şəhərində "Qalatasaray" Ticarət Mərkəzində yanğın baş verib. Ynğın aprelin 13-nə keçən gecə saat 00.35-də başlayıb. Sumqayıt şəhər sakini Arif Əkbərova məxsus 2 mərtəbəli Ticarət Mərkəzinin 2-ci mərtəbədə 400 kv.m sahədə yerləşən yanar konstruksiyaları və oradakı sənaye malları yanıb. Hadisənin səbəbi və dəyən ziyan Sumqayıt Şəhər Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır. Hadisənin qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti