...

Narkoman məscidin qarşısında qan töküb

Hadisə Materials 17 Aprel 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel Trenlife müx. E.Cavadova/16 apreldə Yasamal rayonunda yerləşən Şah Hüseyn məscidinin qabağında Maştağa sakini Səbuhi Kərimov bıçaq yarası alıb. Zərərçəkən 1 saylı şəhər klinik xəstəxanasına göndərilib.

Səbuhi Kərimov ərizəsində bildirib ki, 16 apreldə səhər saatlarında məscidin önündən keçərkən naməlum bir nəfər ona yaxınlaşıb və pul tələb edib. S,Kərimov ona pul verməkdən imtina etdiyi zaman həmin şəxs bıçaq çıxarıb, onu vurub və qaçıb. Həmin gün şəxsin kimliyi müəyyənləşdirilib. 33 yaşlı Yusif Məmmədov öz evindəcə yaxalanıb.

Araşdırmalar zamanı aydın olub ki, Y.Məmmədov hadisəni törətdiyi vaxt narkotik maddələrin təsiri altında olub. İşlə bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti