...

Bərdə rayonu ərazisində avtoqəzada sürücü həlak olub

Hadisə Materials 17 Aprel 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Cəliloğlu / Çərşənbə axşamı saat 17.20 radələrində Yevlax-Ağdam magistral yolunun 20-ci kilometrliyində Bərdə rayonunun Qaradağlı kəndi ərazisində avtoqəza baş verib. Trend in bölgə müxbiri xəbər verir ki, 10 SU 302 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yoldan 157 metr kənara çıxıb və səkinin beton örtüyünə çırpılıb. Nəticədə avtomobilin sürücüsü Bərdə rayon sakini, 1960-cı il təvəllüdlü Məlikov Novruz Musa oğlu hadisə yerində keçinib.

Bərdə rayon polis şöbəsindən verilən məlumata görə, ilkin versiya kimi, hadisəyə avtomobil sürücüsünün sərxoş vəziyyətdə olması və maşını yüksək sürətlə idarə etməsinin səbəb olduğu göstərilib.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti