...

Paytaxtın su xəttində yenə qəza baş verib

Hadisə Materials 10 May 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx.TrendLife Fərid Sadıxov/İki gündür ki, paytaxtın bəzi rayonlarına verilən içməli su yenidən bulanıb. Nizami rayonunda isə vəziyyət daha pisdir. TrendLife məsələyə aydınlıq gətirilməsi üçün "Azərsu" Səhmdar Cəmiyyətilə əlaqə saxlayıb.

Cəmiyyətin şöbə müdiri Aqşin Rüstəmov bildirib ki, içməli su ilə bağlı yaranmış problem bəzi xətlərində baş verən qəza ilə əlaqədardır. A.Rüstəmov deyib ki, bu gün qəza aradan qaldırıldığından yaxın bir-iki gün ərzində suyun tədricən durulacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti