...

Kürün daşması nəticəsində Salyan rayonundakı yaşayış məntəqələrində təhlükəli vəziyyət daha da ağırlaşıb

Hadisə Materials 18 May 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Kürün aşağı axarında yerləşən Salyan rayonunun sahilə bitişik yaşayış məntəqələrində təhlükəli vəziyyət daha da ağırlaşıb. Ötən gün suyun səviyyəsi daha 20 santimetr qalxıb.

Trend in Salyan müxbirinin cümə günü verdiyi məlumata görə, artıq Kür boyu evlərin həyətlərini qrunt suları basıb. Sanitar-texniki qurğulardan istifadə mümkünsüzləşib. Hazırda çayın Salyandan axan hissəsində saniyədə 1300 kubmetr su keçir. Kür-Araz çaylarında Bəndlərin Möhkəmləndirilməsi İdarəsinin Salyandakı sahə rəisi Məhərrəm Əliyevin bildirdiyinə görə, torpaqdaşıyan maşınların sayı 25-ə, yükləyicilərin sayı isə 9-a çatdırılıb. Təhlükəli ərazilər olan Salyan rayon mərkəzinin iki yerində - Ərəbqardaşbəyli və Çuxanlı kəndəlrində aramsız bəndatma işləri aparılır.

Fövqəladə Hallar Nazirliyi isə rayona dünən əlavə olaraq daha 15 texnika və 30 əsgər göndərib. Əsgərlər dərhal bəndatma işlərinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti