...

Bakı şəhər sakininin evində qumarxana aşkarlanıb

Hadisə Materials 19 May 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Bakı şəhər sakininin evində qumarxana aşkarlanıb. Daxili İşlər Nazirliyindən şənbə günü bildirilib ki, nazirliyin Baş Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rövşən Əliyevin kirayədə yaşadığı mənzildə qumarxana saxlaması müəyyən edilib. Mənzildən 10 ədəd "Admiral" tipli oyun aparatı, 6 ədəd televizor və 10 ədəd kompüter monitoru aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti