...

Bərdədə məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin binası tamamilə yanıb

Hadisə Materials 31 May 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşadığı bina tamamilə yanıb. Trend in bölgə müxbirinin məlumatına görə, cümə axşamı səhər saat 05.30-da Bərdənin Nizami küçəsində yerləşən 5 saylı texniki peşə məktəbində məskunlaşan Xocalı rayonunun yeddi ailəsinə məxsus korpusun tamamilə yanması nəticəsində içəridəki bütün əşyalar məhv olub. Yanğın zamanı xəsarət alanlar olub.

Bərdə rayon Yanğından Mühafizə Şöbəsinin sədri Məhəmməd Quliyev bildirib ki, ilkin araşdırmalar zamanı yanğının elektrik naqillərinin qısa qapanmasından baş verdiyi müəyyənləşib. Yanğın bir saatdan sonra söndürülüb.

Həmin bina 1950-ci ildə taxtadan inşa edildiyindən yanğın sürətlə yayılıb.

Bərdə paytaxt Bakıdan 337 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti