...

"Neapol" istirahət mərkəzində binanın çökməsi faktı üzrə şübhəli şəxs saxlanılıb

Hadisə Materials 15 Avqust 2007 20:11 (UTC +04:00)
"Neapol" istirahət mərkəzində binanın çökməsi faktı üzrə şübhəli şəxs saxlanılıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ "Neapol" istirahət mərkəzində binanın çökməsi faktı üzrə iş icraçısı Şamil Əliyev Mahmud oğlu saxlanılıb. Bu barədə çərşənbə günü Abşeron rayon prokurorunun müavini Rauf Mövsümov məlumat verib.

Mövsümov bildirib ki, saxlanılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222,2 maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) ittiham olunur.

Prokuror müavini tikinti işlərinin podratçısının adını bildirməyib.

Dünən axşam Bakının "Neapol" istirahət mərkəzində tikinti aparılan bina çöküb. Bir nəfər yaralanıb, iki nəfər isə uçqun altınada qalıb. Bu gün xilasedicilər dağıntı altından zəngilan rayonundan məcburi köçkün 57 yaşlı Rafiq Məmmədovun meyidini çıxarmağa nail olublar.

43 yaşlı Sumqayıt sakini Rauf Abdullayevin axtarışları isə davam edir.

Xəbər lenti

Xəbər lenti