...

Lənkəranda Girdəni su kanalında naməlum qadın meyti tapılıb

Hadisə Materials 17 Avqust 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P. Əliyeva/ Ələt-Astara yolunun 197 kilometrliyində Lənkəran rayonunun Cöyşaban kəndindən keçən Girdəni su kanalında təxminən 25-30 yaşlarında naməlum qadın meyti tapılıb. Lənkəran rayon pois şöbəsindən verilən məlumata görə, bu gün saat 11:50 rədalərində polis şöbəsinə daxil olan anonim zəng vasitəsilə həmin su kanalında suyun üzərində bir nəfərin meyti olduğu barədə məlumat verilib. Dərhal polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə gəlib. Cəsəd sudan çıxarılandan sonra onun artıq 5-6 günün meyti olduğu məlum olub. Meytin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı polis və prokurorluq tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti