...

Bakıda tikilən binanın uçmasının səbəbi təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır (video)

Hadisə Materials 28 Avqust 2007 21:27 (UTC +04:00)
Bakıda tikilən binanın uçmasının səbəbi təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır (video)

Azeərbaycan, Bakı / Trend / İlkin versiyaya görə, çərşənbə axşamı saat 17:00-da Bakıda Naxçivani və Muxtarov küçələrinin kəsişməsində tikilən binanın uçması səbəbi tikintidə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi Kamil Bağırov verib.

Onun sözlərinə görə, hadisə zamanı ərazidə olan fəhlələrdən ikisi dağıntılar altından çıxarılıb. Onlardan birinin vəziyyəti çox ağırdır, ikincisi isə yüngül zədə alıb. Ehtimal olunur ki, işçiləri bir hissəsi binanı hadisədən bir qədər əvvəl tərk edib. Dağıntılar altında qalan insanların dəqiq yerləri müəyyənləşdirmək üçün mühəndis işləri aparılır.

Bağırovun sözlərinə görə, təmizləmə işləri sutka ərzində aparılacaq. Tikintini aparan "Mütəfəkkir" şirkəti əvvəlcədən FHN tərəfindən tikinti qaydalarınn pozuntusu ilə bağlı xəbərdar edilib. Bağırovun sözlərinə görə, şirkətin bu nöqsanları aradan götürüb götürməməsi araşdırılır. O həmçinin bildirib ki, ətraf ərazidəki binalar təftiş olunur, təhlükə olsa bu binaların sakinləri evakuasiya olunacaq.

Xəbər lenti

Xəbər lenti