...

Bakının mərkəzində çoxmərtəbəli binanın uçmasını araşdırmaq üçün dövlət komissiyası yaradılıb

Hadisə Materials 29 Avqust 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bakının mərkəzində tikilməkdə olan çoxmərtəbəli binanın uçmasının səbəblərini çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası araşdıracaq.

Çərşənbə axşamı saat 17:00 radələrində "Mütəfəkkir" şirkəti tərfindən tikilən bina uçub. Rəsmi məlumata əsasən tikintinin qalıqları altından 5 nəfər ölü, 4 nəfər isə ağır vəziyyətdə çıxarılıb. Tikinti şirkətini təmsil edən Əsgər Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işlərinin və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Komissiyanın sədri baş nazirin müavini Abid Şərifov təyin olunub. Komissiyanın tərkibinə fövqəladə hallar, daxili işlər, maliyyə, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləşri, baş prokuror, həmçinin komitə və yerli idarəetmə orqanlarının rəhbərləri daxil edilib.

Komissiyya qəzanın səbəblərini araşdırmaq, onun nəticələrini aradan qaldırmaq üçn təxirəsalınmaz tədbirlər görmək, zərərçəkənlərə və həlak olanların qohumlarına hərcürə kömək göstərmək, evakuasiya olunmuş insanları müvəqqəti yerləşdirmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti