...

Ağstafada qazdoldurma məntəqəsindəki yanğın nəticəsində xəsarət almış daha iki nəfər dünyasını dəyişib

Hadisə Materials 30 Avqust 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Ağstafadakı qazdoldurma məntəqəsində baş vermiş yanğında xəsarət alanlardan daha ikisi bu gün dünyasını dəyişib.

Çərşənbə günü Ağstafanın qazdoldurma məntəqəsində yanğın baş verib, hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan biri dünən dünyasını dəyişib.

Bu gün isə daha iki nəfər - Qazax rayon xəstəxanasına yerləşdirilmiş 1946-cı il təvəllüdlü Qasımova Tamella Həmzə qızı səhər saat 10:30 radələrində, Ağstafa rayon xəstəxanasında olan 1983-cü il təvəllüdlü Şəlalə Yusif qızı Musayeva isə isə saat 9:30 radələrində vəfat edib.

Qazax rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov Trend in müxbirinə bildirib ki, xəstəxanaya yerləşdirilmiş digər yaralı, 1986-cı il təvəllüdlü Seymur Nadir oğlu Aşurovun vəziyyəti ağır olaraq qalır.

Ağstafa rayon xəstəxanasında yerləşdirilən 1988-ci il təvəllüdlü Mikayılov Kamran Azad oğlunun da vəziyyəti ağırdır. Bakıdan göndərilmiş xüsusi həkim briqadası sözügedən hadisədən sonra Ağstafa rayon xəstəxanasında yerləşdirilmiş 5 nəfər yaralını müayinə edib və vəziyyəti daha ağır olduğundan Mikayılovun Bakıya göndərilməsinə qərar verilib.

Qeyd edək ki, avqustun 29-da baş vermiş həmin hadisə nəticəsində ölənlərin sayı ümümən 3 nəfərə çatıb.

Ağstafa rayon Polis İdarəsinin rəisi Rasim Əliyev hadisənin baş vermə səbəblərinin hələ müəyyənləşdirilməydini və araşdırma işlərinin davam etdirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti